Avropa İttifaqı (Aİ) 12-ci anti-Rusiya sanksiyalar paketi üzrə müzakirələrə başlamağı planlaşdırır.
Sabahinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Rusiyaya qarşı sanksiyalar paketi oktyabrın birinci yarısında təqdim oluna bilər.
Bir qrup Aİ ölkəsi yeni paket çərçivəsində Rusiyanın nüvə sektoruna qarşı sanksiyaları, həmçinin almaz idxalına qadağa qoymağı təşviq etməyi planlaşdırır.
Agentliyin məlumatına görə, bir sıra Aİ ölkələri Rusiyada istehsal olunan mayeləşdirilmiş təbii qaza (LNG) məhdudiyyətlər qoymağa, bu ölkənin İT sektoruna qarşı sanksiyalar tətbiq etməyə çağırır.