Con Kennedinin qızı ABŞ-ın Avstraliyadakı səfiri vəzifəsinə təyin edilə bilər

ABŞ prezidenti Cozef Bayden Amerika administrasiyasının 35-ci başçısı (1961-1963-cü illər) Con Kennedinin (1917-1963) qızı Kerolin Kennedinin namizədliyinin Birləşmiş Ştatların Avstraliyadakı səfiri vəzifəsinə irəli sürülməsini nəzərdən keçirir.

Sabahinfo.az-ın məlumatına görə, C.Bayden həmçinin ABŞ-ın 35-ci prezidenti və senator Ted Kennedinin kiçik qardaşının dul arvadı Vikki Kennedinin Amerikanın diplomatik nümayəndəliyinin Qərbi Avropa ölkələrindən birindəki rəhbəri vəzifəsinə namizəd göstərilməsi imkanlarını müzakirə edir.

Xatırladaq ki, Kerolin Kennedi sabiq prezident Barak Obamanın ikinci administrasiyasında Tokioda səfir işləyib.