COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Avqustun 9-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 511 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sabahinfo.az-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 271 ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 240 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 5 418 754, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 160 755, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 257 999 nəfər təşkil edir.