"2023-cü ildə COVID-19 pandemiyasına son qoyulacaq və bu xəstəliyə görə beynəlxalq fövqəladə vəziyyət rejimi aradan qaldırılacaq".
Sabahinfo.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
"Əminəm ki, bu il COVID-19-un beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti və pandemiya kimi sona çatdığını söyləyə biləcəyik. İndi biz pandemiya zamanı həmişəkindən daha yaxşı vəziyyətdəyik", - ÜST direktoru açıqlayıb.