Daha 259 nəfər koronavirusa yoluxdu - 7 nəfər öldü

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 259 yeni yoluxma faktı qeydə alınıb, 312 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sabahinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 7 nəfəri vəfat edib.

İndiyədək ümumilikdə 819 847 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 362 nəfər müalicə olunaraq sağalıb, 9893 nəfər vəfat edib, aktiv xəstə sayı 1592 nəfərdir.

Ölkədə son sutka ərzində 3856, hazırkı dövrədək isə 7 221407 test aparılıb.