Daha bir deputat geri çəkildi: Namizəd olmayacaq

VI çağırış Milli Məclisin bitərəf deputatı İltizam Yusifov sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürməyib.

Sabahinfo.az xəbər verir ki, bu barədə deputatın köməkçisi məlumat verib.

Qeyd edək ki, İltizam Yusifov 2020-ci ildə keçirilən parlament seçkilərində 46 saylı Şirvan seçki dairəsindən deputat seçilib.

O, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Xorvatiya, İsveç, Meksika, Serbiya, Türkiyə, Vyetnam parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, MDB-nin Parlamentlərarası Assambleyasında, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin, Avropa İttifaqı– Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.Modern.az