Daha bir ölkədə "TikTok" qadağan edildi

Qərbi Afrika ölkəsi Seneqalda "TikTok" növbəti xəbərdarlığa qədər qadağan edilib.

Sabahinfo.az xəbər verir  ki, bu barədə ölkənin Rabitə Nazirliyi yazılı açıqlama yayıb. 

" "TikTok", ölkənin sabitliyini təhdid edən nifrət dolu və dağıdıcı mesajlar yaymaq üçün bədxassəli insanların seçdiyi proqramdır”, - deyə bəyanatda bildirilir.

İyulun 31-də müxalifət lideri Ousmane Sonkonun həbsindən sonra Seneqal ictimai asayişi pozacaq sosial mediada nifrət mesajlarının və mümkün küçə etirazlarının qarşısını almaq üçün mobil interneti kəsib.