İsrail ordusu İran Silahlı Qüvvələrinin “Hatam-al-Anbiya” mərkəzi qərargahının rəisi, SEPAH generalı Əli Şadmaninin öldürüldüyünü açıqlayıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat dərc edib.
Bildirilir ki, o, İsrail qırıcılarının Tehrandakı qərargaha hücumu nəticəsində öldürülüb.
O, dörd gün əvvəl Əli Xamneyinin əmri ilə bazada Qulam Əli Rəşidin varisi təyin edilib. Rəşid də İsrailin hücumu nəticəsində həlak olmuşdu.
Şadmani İran lideri Əli Xamneyinin ən yaxın adamı olub və Silahlı Qüvvələrin Fövqəladə Hallar Komandanlığının komandiri olub.
İnqilab Keşikçiləri və İran ordusuna komandanlıq edib, həmçinin Silahlı Qüvvələrin Baş Qərargahının Əməliyyat İdarəsinin rəisi vəzifəsində çalışıb.