Dahi siyasətçi Heydər Əliyevin 100 illiyinə töhfə

10 may 2023 - cü ildə  Yazıçı-publisist Nazilə Rafiqin  təsisçisi  və baş redaktoru  olduğu  “ Respublika gəncləri” qəzeti və  “ Gənclik  news” jurnalı ilə yanaşı,   “Günahsız günahkar” və “Naxçıvandan doğan günəş” adlı   kitabları işıq üzü görmüşdür.  Müəllifin dərc etdirdiyi  hər iki   kitabı, o cümlədən   qəzet və jurnalı Müstəqil  Azərbaycan dövlətinin  qurucusu, dahi  siyasətçi  Heydər Əliyevin  100-cü ildönümünə  həsr olunmuşdur.  
“Günahsız günahkar”   kitabında Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində böyük rolu olan  və  bu yolda  canını  qurban verən  Azərbaycanın    dəyərli insanı, böyük  naşiri  Əjdər Xanbabayevin  ömür yoluna nəzər salınmış,  onun  günahsız “ günahkar” olması ilə bağlı faktlar, istintaq  materialları  təhlil olunmaqla  yanaşı, respublikanın tanınmış  ziyalılarının  ürək sözləri,  rəyləri öz əksini tapmışdır. 
 Müəllifin “Naxçıvandan doğan günəş” kitabı   isə 1993-1994-cü illərdə iqtisadi blokadada olan  Ordubad bölgəsində  baş verən olayların,   anarxiyanın, qarşıdurmanın qarşısının məhz uzaqgörən  siyasətçi Heydər Əliyevin  apardığı kadr siyasəti  nəticəsində  alınmasına həsr olunmuşdur.