Daxili Qoşunların hərbi qulluqçularının maaşı artırıldı

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.

Sabahinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Eyni zamanda DİN və Maliyyə Nazirliyi Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.

Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.