Deputat daha 3 kəndə səfər edib - FOTOLAR

İyulun 1-də İsmayıllı rayonuna növbəti səfərini edən deputat Novruz Aslanov rayonun Buynuz, Qurbanəfəndi və Topçu kəndlərində seçiciləri ilə görüşüb.

Sabahinfo.az xəbər verir ki, hər həftə olduğu kimi bu dəfə də deputat epidemioloji qaydalara uyğun olaraq seçicilərini fərdi qaydada qəbul edib. Əsasən kənd yolları barədə millət vəkilinə müraciət edilib.

Həmçinin, sakinlər şəxsi məişət problemləri ilə yanaşı iş və təhsil ilə bağlı məsələləri də deputatın diqqətinə çatdırıblar. Bir neçə məsələ əlaqədar qurumlara yönəldilib.

Deputatın səlahiyyətinə aid olan məsələlər qeydə alınaraq həlli üçün müvafiq addımların atılacağı bildirib. Əhaliyə dəstək məqsədilə ərzaq yardımlarının edilməsi nəzərdə tutulub.