Deputat hesabat verdi

89 saylı İsmayıllı seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Novruz Aslanov 2024-cü ilin 4 ayı ərzində deputatlıq fəaliyyəti barədə ictimaiyyətə hesabat verib.

Deputatın qərargahından verilən məlumata görə cari dövr ərzində millət vəkilinin ünvanına yazılı müraciətlərlə yanaşı şifahi müraciətlər də daxil olub. 38 rəsmi, 300-ə yaxın şıfahi müraciətlərə əsasən müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına 31 deputat sorğusu və məktubu göndərilib. Göndərilən sorğu və məktublara əsasən əlaqədar strukturlardan cavab məktubları daxil olub. Qaldırılan məsələlərə münasibət bildirilib, həlli zaman tələb edən məsələlər icraata götürülüb.
162 ailəyə maddi, ərzaq və qeyri ərzaq yardımları edilib. Əlavə olaraq 149 ailəyə 300 manat nağd pul vəsaiti ilə maddi yardım göstərilib. Bu yardımların böyük qismi Azərbaycan Qızıl Aypara Cəmiyyəti vasitəsi ilə edilib.

Qalacıq kəndində körpünün bərpasına, Topçu kəndində yolun gecə işıqlandırılmasına və su ilə bağlı problemin həllinə maddi köməklik göstərilib.

Seçicilərlə 12 səyyar qəbul keçirilib. Qəbullar İsmayıllı şəhəri ilə yanaşı kəndlərdə də baş tutub. Sentyabr və oktyabr aylarında 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələri ziyarət edilib, həmçinin qazilərlə və müharibə iştirakçıları ilə görüşlər keçirilib. Üzləşdikləri çətinliklərin həllinə dəstək verilib, maddi (hər şəhid ailəsinə 300 AzN) və müvafiq humanitar yardımlar edilib.

Fərdi evlərində baş vermiş yanğın ilə bağlı iki ailəyə (Abbasova Vəfa Gülməmməd qızı və Nağıyeva Çinarə Aydın qızı-Qalıncaq kəndi) çadır və məişət avadanlıqları ilə humanitar yardımlar edilib.

İsmayıllı rayonunda keçirilən kütləvi tədbirlərdə millət vəkili mütəmadi olaraq iştirak edib.