Dünən İmişli şəhərində avtoqəza nəticəsində həlak olan iki məktəbli qızların valideynlərinə və yaxınlarına baş çəkdim. Ağır faciə yaşanıb. Allah rəhmət eləsin gül balalara.
Ağır yaralı olan üçüncü məktəbli qız isə Yeni Klinikada müalicə olunur. Bakıya dönən kimi gedib ziyarət edəcəm. Valideynlərinə səbr arzulayıram. Klinika ilə əlaqə saxlamışıq. Dövlət və Klinika tərəfindən bütün lazımi addımlar atılır. İnşallah, tezliklə sağalsın, gedib evində də ziyarət edək.
Razı Nurullayev
Milli Məclisin deputatı