Deputat İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakı Konfransından yazdı

16-18 may tarixində Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (PAECO) 3-cü Baş Konfransı keçirilir.

Azərbaycan 1992-ci ildə İƏT-ə üzv olub. Azərbaycan iqtisadiyyatının liberallaşdırılması baxımından İƏT-də fəal iştirak edir. Üzv dövlətlər arasında iqtisadi tərəfdaşlıq əlaqələrini yaxşılaşdırmaq, daxili və regional ticarət əlaqələrini artırmaq məqsədilə Azərbaycan İƏT (PAECO) çərçivəsində bir çox müxtəlif sazişlərə imza atmışdır.

İƏT (PAECO)-da sədrlik Pakistandan Azərbaycana keçdi. Qeyd etmək istərdim ki, Azərbaycanın Sədrliyi çərçivəsində biz İƏT(PAECO) -nun Komitələrinin təsis iclaslarının keçirilməsi nəzərdə tutulurdu. Belə ki, ötən ilin iyununda Pakistanda keçirilən 2-ci Baş Konfransda İƏT(PAECO)-nun 3 Komitəsinin yaradılması haqqında qərar qəbul edilmişdir. Və biz Bakı Konfransı çərçivəsində Kommunikasiyalar və Əlaqələr Komitəsinin (Communications and Connectivity) İlkin Toplantısını keçirdik.

Komitənin sədri mən, sədr müavini İran təmsilçisi seçildi.

Komitə iclasında “Pandemiyadan sonrakı dövrdə əməkdaşlıq: bərpa üçün çağırışlar və imkanlar”(“Cooperation in the Post-Pandemic Period: Challenges and Opportunities for Recovery”) mövzusunda maraqlı çıxışlar və müzakirələr oldu.

Ümumilikdə komitə iclası uğurla keçdi.

Qeyd: İƏT(PAECO) Beynəlxalq təşkilatın nizamnaməsinə görə bütün iclaslar ingilis dilində aparıldı.

İltizam Yusifov
Milli Məclisin deputatı