Baharın ilk həftəsində Masallıda seçicilərlə qəbul-görüş keçirdik. Qəbul Masallı rayon Yeni Azərbaycan Partiyasının binasında keçirildi.
18 nəfərin iştirak etdiyi qəbulda vətəndaşlardan 2 nəfəri şəhid ailəsi, 2 nəfəri Qazi, 2 nəfəri isə Vətən müharibəsi iştirakçısı idi.
Qəbulda Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatının sədri Seyfəddin Əliyev və Masallı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev iştirak edirdi. Seçicilər dinləndi, məsul şəxslərin müdaxiləsi ilə bəzi məsələlər yerində həllini tapdı, digərlərinin həlli üçün müvafiq tapşıqlar verildi. Bir qism vətəndaş bayramla əlaqədar maddi dəstəklə təmin edildi. Novruz ab-havalı görüşlərimiz davam edir.
Məşhur Məmmədov
Milli Məclisin deputatı