Əziz seçicilər, bildiyiniz kimi, Hacı Zeynalabdin qəsəbəsində İdman zalının inşası ilə bağlı Milli Məclisin plenar iclasında, həmçinin, müxtəlif dövrlərdə mediada çıxışlarım olmuşdur. Əhalisi 40 mindən artıq olan qəsəbə üçün idman zalının olması vacib məsələdir. Bununla bağlı seçicilər tərəfindən də bizə müraciət olunub. Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikası Gənclər və İdman naziri cənab Fərid Qayıbova etdiyim müraciətə qısa müddətdə reaksiya verildi. Sevindirici haldır ki, nazirlik tərəfindən İqtisadiyyat Nazirliyinə edilən müraciət müsbət cavablandırılaraq Hacı Zeynalabdin qəsəbəsində idman zalı əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələr siyahısına daxil edilib. Vətəndaşların bu istəyini nəzərə aldıqlarına görə Həm Gənclər və İdman nazirliyinə həm də İqtisadiyyat Nazirliyinə seçicilərim adından dərin təşəkkürümü bildirirəm.
Müşfiq Məmmədli
Milli Məclisin deputatı