Deputat qəbul keçirdi

Bu gün 44 saylı Sumqayıt - Xızı seçki dairəsinin deputatı Müşfiq Məmmədlinin ərazi üzrə vətəndaş qəbulu keçirilmişdir. Deputat vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Vətəndaşlar əsasən işlə təminat, sağlamlıq, məhkəmə icraatı, abadlıqla bağlı müraciət ediblər. Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlara göndərilib.