Deputatdan çağırış:  Nağdsız ödənişlərin geri qaytarılması prosedurunu təkmilləşdirmək lazımdır

Azərbaycanda aldığı maldan və yaxud ona göstərilən xidmətdən razı qalmayan vətəndaşlarının pulunun geri ödənilməsində ciddi problemlər var.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elşad Mirbəşir oğlu “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsinin müzakirəsi zamanı bildirib. Deputat təklif edilən dəyişikliyi dəstəklədiyini, onun nağdsız ödənişlərinin tətbiqi arealının genişlənməsinə və digər ödəniş forması zamanı səfr olunan vaxta və resurslara qənaet edilməsinə imkan verəcəyini deyib. Bununla yanaşı, deputat bildirdi ki, bir çox hallarda istifadəçi təqdim olunan xidmətlərdən və mallardan nazarı qaldığı halda nağdsız ödənişlərin geri almaqda çətinliklərlə üzləşir. Bu da əksər hallarda xidmətləri təqdim edənlərlə istifadəçilər arasında münaqişələrə səbəb olur. Bu baxımdan nağdsız ödənişlərin geri qaytarılması zamanı gecikmələrə görə xidmət və malları təqdim edənlərin əlavə faizlər də ödəməli olduqları qanunvericilikdə öz əksini tapmalıdır. Bu faizlərin yüksək olması müəyyənləşdirilərsə və digər məsuliyyət növləri nəzərdə tutularsa, onda nağdsız ödənişlərin ger qaytarılması da ləngiməz və vətəndaş məmuniyyəti təmin olunar.