Anti-milli ünsürlər istədiklərinə nail ola bilməyəcəklər

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin prezidenti Rasim Məmmədov SABAHİNFO.AZ saytına müsahibə verib. Müsahibəni təqdim edirik: 

 -Rasim müəllim Vaşinqtonda baş verən məlum hadisə ilə bağlı nə demək istərdiniz?

-Vaşinqtonda baş verən hadisəni siddətlə qınayıram. Belə bir halların ola biləcəyi ilə bağlı dövlət orqanları əvvəlcədən məlumatlı olmalı idilər. Müəyyən addımlar atılmalı idi. Belə bir möhtəşəm tədbirdə iştirak edən Müzəffər Ali Baş Komandanı nəyə görə yüzlərlə diaspor nümayəndələri qarşılayıb mitinq etmədilər ki, bu çətintərbiyə olunanlarada meydan açmazdılar. Diaspora Komitəsinə ayrılan pullar hara xərclənir? Bu addım Ramiz Mehdiyev və Əli Həsənovun platformasının son gülləsi idi ?

-Anti-milli ünsürlər bu kimi addımlarla nəyə nail olmaq istəyirlər?

-Anti-milli ünsürlər belə yaramaz addımları ilə heç nəyə nail olmayacaqlar. Sadəcə geriyə yolları olmadığı kimi irəlidədə onları yaxşı birşey gözləmir. Onlar öz ailə tərbiyələrini nümayiş etdirirlər. Başa düşmürlər ki, dünya inkişaf edir, dünya İlham Əliyevi bəşəriyətin xilasında böyük bir lider olaraq qəbul edir. Dünya Sülh Şurasının iclası keçirilir, bunlar tərbiyəsiz formada Azərbaycan xalqına hörmətsizlik edirlər.

-İndiki məqamda yerli ictimaiyyət bu kimi hallarda nə kimi addımlar atmalıdırlar?

İndiki vəziyyətdə içtimayət birmənalı olaraq bu ünsürləri qınaq atəşinə tutmalı və dövlət başçısının xarici siyasətini dəstəkləməlidir. Daxili siyasətdə də olan xoşagəlməz hallarla bağlı qorxmadan, çəkinmədən içtimai nəzarət edərək ölkə başçısını məlumatlandırmalıdır. Necəki dövlət başçısı çıxışlarında xüsusilə qeyd edir: "Mən bir çox qərarları İçtimai Nəzarətin vasitəsi ilə verirəm".