Deputatın anası vəfat etdi

Milli Məclisin deputatı Rüfət Quliyevə ağır itki üz verib.

Modern.az xəbər verir ki, millət vəkilinin anası Tahirə Quliyeva dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilir.

Qeyd edək ki, 3 ay əvvəl R.Quliyevin qardaşı, 86 yaşlı professor Fərman Quliyev də vəfat etmişdi.