Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə verilib.
Sabahinfo.az xəbər verir ki, idarə ilə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciəti "Lerik Broyler" MMC edib.
Mahiyyəti vergi məsələləri üzrə mübahisə olan iş hakim Hilal Nəcəfovun icraatındadır.
Qeyd: Şirkət Milli Məclisin sabiq deputatı İqbal Məmmədovun qardaşı oğlu Orxan Nərimanlı Çingiz oğluna məxsusdur. MMC-nin hazırda dövlətə 348 366 manat borcu var.Pravda.az