Deputatın səyyar görüşləri davam edir - FOTOLAR

Milli Məclisin deputatı Novruz Aslanov seçicilərinin səyyar qəbulunu keçirmək məqsədilə avqust ayının 5-də İsmayıllı rayonuna növbəti səfərini edib.

Sabahinfo.az xəbər verir ki, deputat rayonun Sulut, Xankəndi və Mücü kəndlərində seçiciləri ilə görüşüb, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb. Həmişə olduğu kimi bu qəbullar da epidemioloji qaydalara uyğun olaraq keçirilib.

Sakinlər öncə kəndin yeni yolunun çəkilişi ilə bağlı cənab Prezidentə öz təşəkkürlərini bildiriblər və millət vəkilindən xahiş ediblər ki, başda dövlət başçısı olmaqla bu işdə əməyi olanlara onların təşəkkürünü çatdırsın.

Sakinlər əsasən sosial yönümlü problemləri deputatın diqqətinə çatdırıblar. Fərdi məişət problemləri barədə də müraciətlər olub. Bir neçə məsələ yerindəcə həll edilib. Digər qurumlara aid olan məsələlər qeydiyyata alınaraq aidiyyəti üzrə müraciətlərin ediləcəyi sakinlərə bildirilib.