"Dərə xəlvət, tülkü bəy", yoxsa dələduzların "hikməti" qarşısında polisin acizliyi?

Bir zamanlar qalmaqallı şəkildə bağlanan və kütləvi həbslərilə ölkə gündəmini zəbt edən, bu məsələ ilə bağlı 100-dən çox abituriyenti qeyri-qanuni yolla A BU-ya qəbul etdirməsi səbəbindən də 7 il 11 ay 24 gün həbs həyatı yaşamış qadın adına ləkə olan qadın Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin katibəsi Bənövşə Hacıyeva indi də səlahiyyətli şəxslərin, onların qohumlarının adından istifadə edərək bir neçə nəfərlə əlbir olub işə düzəltmək, vəzifədə yüksəliş, diplom, ali məktəb, transfer, biznes qurmaq kimi işlərin həllinə kömək edəcəyi adıyla dələduzluq edib vətəndaşlardan külli miqdarda pul alaraq onları aldadadır, əvəzində günü-günə satırlar.

Onun ən yaxın adamı gah sürücüsü, gah da xalası oğlu kimi qələmə verdiyi pul aparıb-gətirəni, Bənövşəni az qala "birinci Ledi" kimi təqdim edib qurbanlar cəlb edən vasitəçısi heç bir əmək fəaliyyətilə məşğul olmayıb, özü isə şəxsi haqqında bir təsəvvür yaratmayan və bu qəbildən olmayan, ancaq dodaquçuqladan qiymətə maşınlarda "xanımı" gəzdirən Vüsal adlı şəxsdir. Əsas dövri zəncir isə hazırda dələduzluq maddəsilə Kürdəxanı həbsxanasının bir neçə ay əvvəl naməlum əsaslarla buraxılan, amma yenidən ora "dəvətli" sakini Cəvahir Novruzidən başlayıb onun bacısı Naibə Novruzi, özünü birinci Ledinin xalası oğlu Altay və Elçin adlı şəxslərin ailə dostu kimi qələmə verib, Prezident Administrasiyasının əməkdaşı kimi təqdim edən Gültəkin, bir zamanlar ADRA-nın məsul əməkdaşı olmuş zamanında eyni əmələ görə korrupsiya idarəsi tərəfindən həbs olunmuş, amma yenidən hansısa səbəblə sərbəst buraxılmış Fuad, özünü Təhsil Nazirliyinin şöbə müdiri kimi təqdim edən Əli, onun əlaltısı Nigar adlı şəxslər və daha çoxlarıyla zənginləşir.

Əsas fiqurlar isə Bənövşə, Cəvahir, və Gültəkindir. Ən maraqlı məqam odur ki, Bənövşə Hacıyevanın oğlu Qadir İbadov illərdir Korrupsiya idarəsinin əməkdaşıdır. Onu da qeyd edim ki, Bənovşə Hacıyevanın qaynı, yəni Qadir İbadovun əmisi də dələduzluqda ittiham olunaraq 9 il müddətində həbsdə yatıb. Korrupsiyoner ailəsinin övladının Korrupsiya sahəsində çalışması hansı qanunda yazılıb, bəlkə Dövlət başçısının bu barədə, yəni hər kəs öz cinayətkarını öhdəsinə götürüb, himayədarlıq etsin deyə önların övladlarının məhz onların cinayət sahələri üzrə yerləşdirilməsi haqqında qərarı var biz vətəndaşların xəbəri yoxdur? Qeyd edim ki, belə qurbanlardan biri də mənəm. Dəfələrlə Bənövşə və əlaltısı Vüsala bu barədə xəbərdarlıq olunsa da buna məhəl qoymayıb. Təbii ki, bununla bağlı polis orqanlarına, korrupsiya idarəsinə və digər müvafiq qurumlara müraciət olunacaq və onların səs yazıları, votsap yazışmaları, əlaqə nömrələri, digər məlumatlar da bütün təfsilatıyla istintaq araşdırılmasına təqdim olunacaq.

Aida Bayramova