Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin rəis müavinləri Şahlar Mirqasım və t.ü.f.d., dosent İsmayıl Əfəndiyev və Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidmətinin rəis müavini Namiq Məmmədov 25 aprel 2022-ci il tarixində Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq tibbi-sanitariya qaydaları üzrə hazırlıq vəziyyətinə dair SPAR hesabatının təqdimat tədbirində iştirak ediblər.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyi ölkəmizdə bir çox sahələrdə əməkdaşlıq edir. Belə ki, Beynəlxalq Tibbi-Sanitariya Qaydaları (BTSQ) ictimai sağlamlıq risklərinin azaldılması kimi sahəsinə nəzarətin, idarəetmənin, hazırlıq və cavab tədbirlərinin təşkili, o cümlədən xəstəliklərin beynəlxalq səviyyədə yayılmasının qarşısının alınması məqsədi daşıyır.
Məlum olduğu kimi dünyanın 196 ölkəsinin qoşulduğu beynəlxalq hüquqi sənəd olan Beynəlxalq Tibbi-Sanitariya Qaydaları 15 iyun 2007-ci il tarixdə qüvvəyə minmiş, Azərbaycan Respublikası həmin tarixdən bu Qaydalara qoşulmuş və müvafiq öhdəlikləri üzərinə götürmüşdür. Öhdəliklərdən biri dövlətlər tərəfindən 54-cü maddəsinə uyğun olaraq özünü Qiymətləndirmə üzrə illik hesabatın hazırlanması və Ümumdünya Səhiyyə Təşkilatına təqdim edilməsidir.
Beynəlxalq Tibbi-Sanitariya Qaydaları üzrə hazırlıq vəziyyətinə dair ölkələr tərəfindən Ümümdünya Səhiyyə Təşkilatına hər il təqdim edilən SPAR hesabatının təqdimatında hesabata aid məruzələr donlənilib və geniş müzakirələr aparılıb.