DİN əməkdaşları və hərbçilərin maaşları artırılsın - Deputat

"Ən az əmək haqqı alan Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır. Onların maaşları artırılmalıdır".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar İskəndərov deyib.

V.İskəndərovun sözlərinə görə, 2025-ci ilin büdcəsindən müdafiə və təhlükəsizlik xərclərinə kifayət qədər vəsait ayrılıb ki, bu, çox önəmli addımdır.

"Təklif edərdim ki, hərbi qulluqçuların da maaşları artırılsın".