İşğaldan azad olunan Xocavənd rayonu ərazisinə dislokasiya edilən DİN-in Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) təlim zamanı tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
DİN-in Mətbuat Xidmətindən Sabahinfo.az-a bildirilib ki, 21 yaşlı MAXE Xanlar Əhmədova bir neçə gün göstərilən tibbi müdaxilələrə baxmayaraq, bu gün vəfat edib.
Araşdırma aparılır.