Bakıda dönərdən zəhərlənən 4 şagirdin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında davam etdirilir.
Sabahinfo.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hazırda onların vəziyyəti stabildir.
Qeyd edək ki, oktyabrın 24-də Bakının Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin şagirdləri dönərdən zəhərlənib.
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 20 uşaq ambulator müalicə üçün evə buraxılıb.