Dörd yaşlı uşaq üç məşqçinin gözü qarşısında hovuzda öldü - VİDEO

Hovuzda üzərkən halı pisləşən uşağın ölümü ilə bağlı bəzi detallar bəlli olub.

Xezerxeber.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Zahid Xəlilov küçəsində qeydə alınıb.

Mərkəzin meneceri Emil Abdullayev daxildə çəkiliş aparmağa razılaşmasa da, sualları cavablandıraraq bildirib ki, Gülay adlı uşaq tez-tez hovuza üzməyə gəlirmiş.

Onun sözlərinə görə, məşqçinin nəzarəti altında üzən uşaq qoruyucu vasitələrlə təmin olunub.

Hadisə şahidləri iddia edirlər ki, təcili tibbi yardım avtomobili əraziyə vaxtında çatmayıb.

Hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb. Araşdırmadan sonra hadisə ilə bağlı qərar veriləcək.