“Dövlət büdcəsi və gəlirləri hər il artır”.
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin 2023-cü il 13 noyabr tarixli iclasında spiker Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, dövlət büdcəsinin sosial yönümlü olmasına xüsusi diqqət yetirilib: "Dövlət büdcəsinin digər prioritetləri siyahısında təhsil, sahibkarlığın inkişafı, energetika, işğaldan azad edilmiş ərazilərdə görüləcək işlər, infrastrukturun inkişaf etdirilməsi və s. daxildir. Hesab edirəm ki, aparacağımız müzakirələr səmərəli olacaq”.