Dövlət Gömrük Komitəsində yüksək vəzifəyə yeni TƏYİNATLAR

Dövlət Gömrük Komitəsinin üç idarəsinə yeni təyinatlar olub.

“Unikal” xəbər verir ki, bunlarla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, Pərviz Paşa oğlu Qədirov Gəncə Gömrük İdarəsinə, Elçin Ədalət oğlu Rüstəmov Balakən Gömrük İdarəsinə, Tariyel Mehman oğlu Alverdiyev isə Sumqayıt Gömrük İdarəsinə rəis təyin olunublar.