"Delimitasiyanın Qazaxın işğal olunmuş kəndlərindən başlanması bizim təklifimiz idi. Biz Ermənistan tərəfinə dedik, əgər onlar həqiqətən də nümayiş etdirmək istəyirlərsə ki, bu istiqamətdə irəliləməyə hazırdırlar, bunu etməlidirlər. Çünki bu kəndlər məskunlaşmış kəndlərdir, mübahisə obyekti ola biləcək məskunlaşma olmayan təpələr deyil".
Sabahinfo.az xəbər verir ki, bu sözləri aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.
"Orada azərbaycanlılar məskunlaşmışdılar və kəndlər işğal edilmişdi. Onlardan biri hətta Sovet İttifaqı dövründə - 1990-cı ildə faktiki olaraq bizə qarşı müharibə başlayanda işğal edilmişdi. Dördüncüsü 1992-ci ildə artıq Sovet İttifaqının süqutundan sonra işğal olunmuşdu. Düşünürəm ki, dövlət sərhədimizin təxminən 10 və ya 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir. Bu, mühüm məqamdır. Təsadüfi deyil ki, bir çox region və qeyri-region ölkələri artıq buna öz dəstəklərini ifadə edib. Prosesin necə davam edəcəyini görəcəyik. Əvvəl qeyd etdiyim kimi, hər iki tərəf konstruktivlik nümayiş etdirdi, hər iki tərəf bu məsələnin həssaslığını, eyni zamanda, beynəlxalq hüquqla öhdəliyi başa düşür və düşünürəm ki, eyni yanaşma sonrakı mərhələdə nümayiş olunsa, biz daha sürətlə irəli gedə bilərik", - deyə dövlət başçısı qeyd edib.