DTX antiterror əməliyyatının görüntülərini paylaşdı - VİDEO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti 2023-cü ilin sentyabr ayında keçirilən lokal xarakterli antiterror əməliyyatından görüntülər paylaşıb. 

Sabahinfo.az xəbər verir ki, bu barədə DTX-nin "X" sosial hesabında paylaşım edilib. 

Təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü ilə bağlı hazırlanan videoda separatçı rejimə qarşı keçirilmiş əməliyyatın bir hissəsi əks olunub.