“el-Quds el-Arabi” (Ərəb-İngilis Qəzeti): Əlcəzairdə meşə yanğınlarında ölənlərin sayı, 25-i əsgər olmaqla 42-yə yüksəlib.
“el-Raye el-Qatariyye” (Qətər qəzeti): Fransanın Paris Saint-Germai İdman Klubu Argentina milli futbolçusu Lionel Messini transfer edib.
el-Raye el-Qatariyye (Qətər qəzeti): Yunanıstana cəlb olunan Qətər axtarış və xilasetmə dəstəsi meşə yanğınlarının baş verdiyi ərazilərdə vəzifəyə başlayıblar.
“Süddeutsche Zeitung”: Almaniyada peyvənd vurulmamış vətəndaşlardan 11 Oktyabrdan sonra koronavirus testi üçün pul tələb ediləcək.
“Deutsche Welle”: Almaniyada gənc əhali sayı ən aşağı səviyyədədir.
“El Mundo”: İspaniyada avqustun sonuna dək peyvənd vurulanların nisbəti ölkə əhalisinin 70% -ni təşkil edəcək. 9 gündə 5 milyona qədər ikinci dozanın tətbiqi planlaşdırılır.
“El Pais”: Elm adamlarının İspaniyada fosil yanacaqla bağlı xəbərdarlıqları artıq siyasi müharibəyə çevrilib. Qarşıdakı günlərdə iqlim dəyişikliyinə qarşı daha sərt tədbirlər həyata keçirilə bilər.
“El Nacional”: ABŞ sənədsiz mühacirləri Meksikaya deportasiya edir
“Le Figaro”: Fransada sutka ərzində 28 min 576 yeni hadisə(Koronavirus) və 68 ölüm qeydə alınıb.
“Le Matin” (İsveçrə): Lionel Messi Paris Saint-Germa futbol klubunda 30 nömrəli formanı geyinəcək.
“Fransa 24”: Cinsi təcavüzdə günahlandırılan və impiçmentlə hədələnən Nyu York valisi Andrew Cuomo istefa verdi.
“TASS Agentliyi”: Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, Əfqanıstanın Özbəkistan və Tacikistanla olan sərhədinə nəzarət Talibandadır.
“İnterfaks Agentliyi”: Rusiyadakı Gamaleya Araşdırma Epidemiologiya və Mikrobiologiya İnstitutu, “Sputnik V” peyvəndi vurulduqdan sonra koronavirus infeksiyasına yoluxanların xəstəxanada yerləşdirilmə riskini 20 dəfə azaltdığını bildirir.
“Regnum Agentliyi”: Rusiya bankları depozit faizlərini pandemiyadan əvvəlki səviyyəyə qaytarıb.