Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin Azərbaycana səfər tarixi açıqlanıb.
Diplomatik mənbələrdən Sabahinfo.az-a bildirilib ki, o, ayın 20-də Bakıya gələcək.
D.Miyatoviçin Azərbaycan rəsmiləri ilə bir görüşlər keçirəcəyi gözlənilir.
Qeyd edək ki, AŞ nümayəndəsinin regiona səfəri oktyabrın 16-dan başlayıb. O, hazırda Ermənistandadır.