Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 593 277 377 nəfərə çatıb.
Sabahinfo.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.
İndiyədək bu xəstəlikdən ölənlərin sayı 6 445 400 nəfər təşkil edir.
Yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya, Böyük Britaniya və Cənubi Koreya ilk yeddiliyi bölüşür.