Dünyada ötən sutka koronavirusa 461 mindən çox yoluxma qeydə alınıb - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 461 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 461 105 nəfər yeni koronavirusa yoluxub, 8 419 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 119 220 681, ölənlərin isə 2 642 826 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.