Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin üzvü Natiq Cəfərli görüşüb.
Sabahinfo.az xəbər verir ki, bu barədə REAL-ın rəsmi sosial hesabında məlumat verilib.
Məlumatda bildirilir ki, görüşdə ölkədəki siyasi-ictimai vəziyyət və qanunvericilik prosesi ilə bağlı fikir mübadiləsi aparılıb, dialoqun inkişaf etdirilməsinin vacibliyi bir daha qeyd olunub.
Qeyd edək ki, bir neçə gün öncə 5 min üzvdən ibarət siyahı hökumətə təqdim olunmasa, REAL-ın dövlət qeydiyyatının ləğv ediləcəyi ilə bağlı partiya sədri İlqar Məmmədov açıqlama yayıb.