Ədliyyə Nazirliyinin Aparatının yeni strukturu təsdiqlənib.
Sabahinfo.az xəbər verir ki, bu Prezident İlham Əliyevin iyunun 4-dı imzaladığı “Ədliyyə orqanlarının inkişafı haqqında” fərmana dəyişiklik etməsi ilə mümkün olub.
Beləliklə, Ədliyyə Nazirliyinin Aparatının yeni strukturu belə olacaq:
Strateji planlaşdırma və monitorinq baş idarəsi
Qanunvericilik baş idarəsi
Notariat, qeydiyyat və reyestr baş idarəsi
İcra xidməti (baş idarə səlahiyyətli)
Probasiya xidməti (baş idarə səlahiyyətli)
Beynəlxalq əməkdaşlıq baş idarəsi
Bələdiyyələrlə iş baş idarəsi
Cəzaların icrasına nəzarət baş idarəsi
İstintaq idarəsi
İnsan resursları idarəsi
Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi
Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsi
Maliyyə və təminat idarəsi
Mətbuat xidməti (idarə səlahiyyətli)”;