Dünya çempionu Eduard Məmmədov sevgilisi stilist Şəhanə Mehrəliyevanın ad günündə iştirak edib.
Sabahinfo.az xəbər verir ki, Şəhanə Mehrəliyeva "Instagram" hesabında Eduardla birlikdə olan görüntülərini paylaşıb.
Həmçinin, stilist E.Məmmədovun ona bağışladığı hədiyyənin fotosunu da paylaşıb.
Bildirək ki, Eduard Məmmədov Daxili İşlər Nazirliyinin polis polkovnik-leytenantıdır və nazirliyin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsini icra edir. O, bir dəfə ailəli olub və boşanıb, əkiz övladları var.