Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsibdə qazandığı qələbə medianın fəaliyyətinə də təsir edib.
Sabahinfo.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Bakıda keçirilən "Media savadlılığı" konfransında çıxışı zamanı deyib.
O bildirib ki, müşahidə və informasiya bolluğu müəyyən çətinliklərə də səbəb olur: "Bu isə öz növbəsində media savadlılığının əhəmiyyətini artırır".
Ə.İsmayılov qeyd edib ki, media savadlılığı ilə bağlı Azərbaycanda müntəzəm təlimlər keçirilir: "Bu, həm də bölgələrdə təşkil olunur. Eyni zamanda, xarici ekspertlər müntəzəm olaraq ölkəmizə dəvət olunur".