Ekoaksiyanın 129-cu günü:Tələb və şüarlar dəyişməzdir

Azərbaycanlı eko-fəalların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində başlatdıqları dinc aksiya davam edir.

Sabahinfo.az xəbər verir ki, bu gün aksiyadan 129 gün keçir.

Aksiya gecə saatlarında da davam etdirilib. İştirakçılar adəti üzrə növbəti günə də Azərbaycanın Dövlət Himnini səsləndirməklə başlayıblar.

Aksiyanın tələb və şüarları dəyişməz olaraq qalır. Belə ki, aksiyada Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsi tələb edilir.

İştirakçılar Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.