Azərbaycanlı eko-fəalların Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyası davam edir.
Sabahinfo.az xəbər verir ki, bu gün aksiyanın 73-cü günüdür.
Adəti üzrə aksiya iştirakçıları növbəti günə də Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə baçşlayaraq, vətənpərvər ruhda mahnılar ifa ediblər.
İştirakçıların tələbi və aksiyada səsləndirilən şüarlar dəyişməz olaraq qalır. Belə ki, aksiyada Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına yox deyilir, bunun dərhal dayandırılmasını tələb olunur.
İştirakçılar plakatlarda üzərində rus və ingilis dillərində yazılmış “Sərvətlərimizin talanı dayansın!”, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Təbiəti qoruyaq, istismarı qınayaq!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Təbiətin milləti yoxdur!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər.