"Elə müharibə iştirakçısı var ki, qapısı bir dəfə də döyülməyib" - Deputat

"Elə müharibə iştirakçısı var ki, qapısı bir dəfə də döyülməyib". 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib. Deputat təklif edib ki, bir reyestr yaradılsın, şəhid ailələrinin hamısı ora əlavə edilsin.

"Bu işdə növbəlilik olması yaxşı olardı", - deyə deputat bildirib.