Əli Əsədov və nazirlər Milli Məclisdə - Büdcənin son müzakirəsi

Milli Məclisin payız sessiyasında növbəti plenar iclası başlayıb.

Saahinfo.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 14 məsələnin müzakirəsi daxil edilib.

Toplantıda 2025-ci ilin dövlət büdcə zərfinə daxil olan məsələlər III oxunuşda müzakirə olunaraq qəbul ediləcək.

Qeyd edək ki, Baş nazir Əli Əsədov və hökumət üzvləri iclasda iştirak edirlər.