Əli Kərimli Ermənistan havadarlarına "sədaqətlə" xidmət edir 

Heç kimin (düşmən olsa belə) sözünü təhrif etməyin tərəfdarı deyiləm. Söz sahibi hətta cümlələrində öz ziyanına yanlışlıqlara yol versə belə, onun əsil niyyətini əsas götürmüşəm. Mənimlə mübarizə, mübahisə aparan şəxs sözlərini, yaxud niyyətini bilmədən yanlış ifadə etdikdə, qalib gəlməyimə faydası olsa belə, əsla bundan öz xeyrim üçün istifadə etməmişəm, hətta kömək üçün onun fikir və niyyətinə onun xeyrinə aydınlıq gətirmişəm. 

Əli Kərimlinin Nensi Pelosi barədə yazdığı statusu diqqətlə və sona qədər oxudum, statusdan bəzi çıxarışlar etmişəm. Məntiqi və intelektual səviyyəsi orta səviyyəyə yaxın olan hər bir insan həmin statusu tam oxusa, mənim gəldiyim qənaətə gələr, obyektivlik üçün ilk başda hərkəsə onun statusunu tam oxumağı tövsiyyə edirəm, sadəcə mən onun statusundakı yazdıqlarının hamısını bura qeyd edə bilməzdim, status çox uzundu. Zatən statusda digər yazılanlar Əli Kərimlinin xəyanətkar xislətini gizlədə, yaxud xəyanətkar olmadığını çatdıra bilmir, hətta Əli Kərimli bundan sonra statusu redaktə etsə, ora niyyətini gizlətmək üçün yüzlərlə cümlələr əlavə etsə belə, yenə də onun sağlam müxalifət olmadığı və düşmənə xidmət etdiyi hiss olunacaq. O üzdən mənim statusdan çıxarışlar edib, özümün status yazmağım əsla Əli Kərimlinin dediklərini qərəzli şəkildə yanlış yöndə təhrif etmir, fikirlərimdə çox ədalətliyəm. Onun statusundan çıxardığım cümlələrin düşmən dəyirmanına su tökməkdən başqa məqsəd daşıdığını, heç bir başqa cümlə, başqa açıqlama inkar edə bilməz. 

Əli Kərimli: "Nensi Pelosinin dünyada avtoritar və totolitar rejimlərə qarşı mübariz olduğu bilinən faktdır." Bu fikirləri Əli Kərimli Nensi Pelosi haqqında yazır. Terrorçu "dövlət" olan Ermənistan Azərbaycanla təkbətək savaşda (2-ci Qarabağ savaşı) döyüş bölgəsinə qətiyyən aidiyyatı olmayan Gəncəni bombalamış, günahsız insanların həlak olmasına səbəb olmuşdur, bu terrora dair Nensi Pelosinin heç bir reaksiyası olmamışdır, eləcə 30 il ərzində digər erməni terrorlarına qarşı. Nensi Pelosinin ədalətin yanında olduğuna inanmaq üçün ya gərək sadəlövh olasan, yaxud da xəyanətkar, Əli Kərimli üçün 2-ci daha uyğundur. Eyni zamanda Əli Kərimli ümumi olaraq statusunda sətiraltı cümlələrlə bir neçə dəfə Ermənistan havadarlarının yanında olduğunu mesaj verir. Azərbaycan xalqı ağı qaradan yaxşı seçə bilir, Əli Kərimlinin əsil niyyətini yaxşı anlayır. 

Əli Kərimli də, 2-ci Qarabağ savaşı zamanı Gəncənin və digər Azərbaycan şəhərlərinin dinc əhalisi raket atəşinə tutulanda, Nensi Pelosinin Azərbaycan xeyrinə bəyanət vermədiyini qeyd edir (bununla xəyanətkar xislətini gizlədəcəyini zənn edir). Ardınca sətiraltı cümlələrlə bu iradına görə bütün cümlələrindən üzrxaxlıq yağır və bu iradını bildirməkdə əsil məqsədini çatdırır, bildirir ki: "Nensi Pelosinin məlum açıqlamasını əlində bayraq edib Putin və İlham Əliyevin ətrafında sıx-sıx birləşənlər özlərini vətənpərvər kimi təqdim edirlər." Əslində bu iradı belə Ermənistan havadarlarının xeyrinədir, onların yol verdiyi nöqsanları düzəldir, burada onlara "sədaqətlə" xidmət etdiyini büruzə verir. Onlara Azərbaycanı parçalamaq üçün daha faydalı ip ucları vermək üçün çalışır. Əli Kərimli yaxşı anlayır ki, xalq Prezident İlham Əliyevin ətrafında belə sıx birləşməsə, parçalanması və məhvə doğru getməsi qaçınılmaz olacaq. Əslində Əli Kərimli Azərbaycandakı vəziyyəti bütün Ermənistan havadarlarına doğru şərh edərək çatdırır, bunu yenə də sətiraltı cümlələrlə edir, sətiraltı cümlələrlə edir ona görə ki, eyni zamanda Azərbaycan xalqına bir daha hiss elətdirmək istəmir Prezident İlham Əliyevi dəstəkləməkdə yanılmadıqlarını, düşmənlərə israrla bildirir ki, çalışın "Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında birləşməsin", əks halda məğlub edilməz xalq olaraq hər zaman mövcüd olacaqlar. Bir sözlə Əli Kərimli Ermənistan havadarlarına bildirir ki, Azərbaycana qarşı düşmən münasibətini gizli saxlayın, siz bunu gizlətmədikcə Azərbaycan xalqı daha da yumruq kimi birləşir.

Heçkəsə sirr deyil ki, Rusiya və Azərbaycan arasında son illər sıx dostluq münasibəti yaranıb, Rusiya tərəfdən Azərbaycanı heç bir təhlükə gözləmir, ərazi bütövlüyümüzü Rusiya birmənalı şəkildə tanıyır, daxili işimizə qarışmayacağını həm sözdə dilə gətirir, həm sənəd olaraq imzalamışdır. Belə olduğu halda sülhü daha da gücləndirmək ən doğru addım olmazmı? Rusiyaya güvən olmayacaqsa, Amerikaya ondan 100 dəfə artıq güvən olmamalıdır. Keçmişdə Rusiya-Azərbaycan arasında baş verənlərə görə həmişə düşmən münasibətində qalmağın zərərini, şübhəsiz xalq görəcək. Dünyada çox xalqlar və ölkələr arasında qanlar tökülüb, bir çoxu bu gün möhkəm dostluq bağları qura biliblər, Azərbaycan Ermənistan kimi terrorçu bir "dövlətlə" sülh müqaviləsi imzalamağa razı olduğu halda, Rusiya ilə niyə münasibətlərini daha da yaxşılaşdırmasın? Əli Kərimli təkcə Rusiya ilə yox, Türkiyə ilə də Azərbaycan münasibətlərinin korlanması arzusundadır, hər zaman Azərbaycanın yanında olan bütün dövlətləri qərəzli şəkildə tənqid edir, Ermənistana havadar olan ölkələrdə bunu edir. Rusiya yenə də zaman-zaman Azərbaycan üçün müsbət sayılan fikirlər səsləndirir, Amerika isə tamamiylə Azərbaycanın əleyhinə olan münasibət sərgiləməkdədir. Buna sübut, 30 il ərzində Ermənistanın Azərbaycana qarşı törətdiyi bütün terror əməllərinə qarşı münasibətdə səssiz qalmağıdır, yalnız Azərbaycanın qisas, cavab əməliyyatları zamanı isə, səsini çıxarmış və Ermənistanın yanında olduğunu açıq-aşkar nümayiş etmişdir. Əgər dünya ədalətli olsaydı, o zaman biz Rusiyadan bəlkə də keçmişlə bağlı hesab soracaqdıq, indi ki, halda Rusiyadan keçmişlə bağlı hesab sormaq bizə fayda gətirəcək? Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik dövrü xaric, o vaxt Azərbaycan rəhbərliyində olan insanlar düzgün yürütmədikləri siyasət sayəsində hansı problemləri yaradıblar, hansı səhvlərə yol veriblər kim bilə bilər? Əlbətdə xalq sülh yarada bilən hakimiyyətin ətrafında sıx birləşəcək. Hal-hazırkı İqtidar itirdiyimiz torpaqları geri qazandırıb, ərazi bütövlüyümüzə Rusiyada daxil heç bir ölkədən təhdid yoxdur, bunun olmasına nə etimal var, nədə ki, şübhə. Biz indi dostluq münasibətlərini daha da möhkəmləndirmək əvəzinə, durub Rusiyaya deyək ki, "30 il bundan qabağ sən mənə qarşı bunu niyə etdin, hesab ver"? Məntiqli və ağıllı addım olacaqmı bu? Təbii ki, xeyr.

Azərbaycan Rusiya-Ukrayna savaşında da heç bir dünya dövlətinin bacarmadığı səviyyədə öz obyektivliyini qorudu və qorumaqdadır, bunu Ukraynanın yanında olan ölkələrdə yaxşı görür və anlayır (həmin o ölkələr ki, Ermənistan-Azərbaycan arasındakı müharibədə hər zaman iki standartlarla çıxış ediblər), əslində bir çox dünya dövlətləri Azərbaycanın hər bir işdə ədalətli mövqeyi qarşısında acizdir.

Prezident İlham Əliyevin söylədiyi və əməldə də hər zaman özünü göstərən çıxışı: Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək. 

İlham Əliyevin atdığı bütün addımlardan açıq-aşkar görünür ki, Azərbaycan dövlətinin xarici siyasəti mərd-mərdanədir, buna görə də Azərbaycan dövləti bütün dünya dövlətləri qarşısında alnı açıq və üzü ağdır. Dünyada ən pak və təmiz niyyəti olan ölkə Azərbaycandır, bütün dövlətlərlə sülh şəraitində yaşamaq üçün planlar qurur, həm daxili, həm xarici siyasətini ləyaqətlə aparır. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında doğru yolu getməkdədir.

Nensi Pelosinin fikirləri Ermənistan-Azərbaycan arasındakı münasibətləri gərginləşdirməyə gətirib çıxaracaq, bunu, buna dəstək verən xəyanətkar "müxalif" fikirli sapı özümüzdən olan baltalarda yaxşı dərk edir, o üzdən əməllərinə israrla davam edirlər. Ermənistan-Azərbaycan arasında gərgin vəziyyət, adını "müxalifət" qoymuş həm ölkə daxilində, həm ölkə xaricində olan xəyanətkar qruplara sərf edir, dəstək verməklə qrantlarını artırırlar, o üzdən münasibətlərin daha da gərginləşməsi üçün Ermənistana və onun havadarlarına dəstək verən fikirlər səsləndirirlər. Azərbaycanın haqq savaşında olduğu kimsəyə sirr deyil, Azərbaycan ədaləti bərpa edib və artıq sülh istəyir, sülh üçün Ermənistanı razı salmayan, hətta razı olmadıqda ona təzyiq etməyən heç bir dünya dövləti ədalət və obyektivlikdən danışa bilməz. Azərbaycan düz yoldadır, obyektivlik axtaran, ədalət axtaran hərkəs Ermənistanı yola gətirmək üçün çalışmalıdır, bunun üçün ona təzyiq etsə belə azdır.

Əli Kərimlinin oğlu Türkel Kərimli ABŞ-da dəfələrlə Erməni separatçılarıyla əl-ələ verib Azərbaycan əleyhinə mövqeyini ortaya qoymuşdur. Ailənin niyyət və məqsədi göz önündədir, açıq bəllidir. Əli Kərimli və oğlu üçün daha çox qrant almaq və maddi olaraq varlanmaq niyyəti istisna deyil. Maddi durumunu hər şeydən üstün tutan insan, xalqın halına qəlbən yana bilməz, öz mənafeyi uğrunda xalqı uçuruma aparar, 1993-cu ildən öncə ki, vəziyyətə salar. Təbii ki, Əli Kərimli ölkə də daş-qalaq edilməməsi üçün, Ermənistan havadarlarına yalnız sətiraltı cümlələrlə dəstək verəcək, onun sətiraltı cümlələrlə Ermənistan havadarlarına dəstəyini müdrik Azərbaycan xalqı çox gözəl dərk edir.

 

Mircalal Mehdiyev