Bu gün "Vətən" müharibəsi şəhidimiz Qasımov Kamran Fazil oğlunun ailəsini ziyarət etdim.
Torpaqlarımızın müstəqilliyi uğurunda canından və qanından keçən igidlərimizin bu gün ruhlarının şad olduğunu qeyd edərək Prezident İlham Əliyevin rəhbərliyi və Şanlı Ordumuzun əzmi sayəsində bütün Azərbaycan torpaqlarının azadlığına qovuşmasının tariximizin qızıl səhifəsi olduğunu vurğuladım. İgid Şəhidimizin ailəsi vətən uğrunda, torpaqlarımızın azad olunması naminə əlindən gələni etməyin hər bir azərbaycanlının şərəfli vəzifəsi olduğunu vurğulayaraq, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva başda olmaqla dövlət qurumlarına öz minnətdarlıqlarını bildirdilər.
Allah torpaqlarımız uğrunda qəhrəmancasına döyüşərək vəfat edən Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə can sağlığı versin!
Əliabbas Salahzadə
VI cağırîş Milli Məclisin deputatı