Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Əlillərin məşğulluğuna dəstək“ adlı layihəni 06.08.2024-cü il tarixində Salyan rayonunda Heydər Əliyev Mərkəzində uğurla həyata keçirmişdir.
Layihənin məqsədi Əlillərin məşğulluğuna dəstək verməkdir.
Tədbirdə şəhid ailələri, qazilər, əlillər və ailə üzvləri, Salyan Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Məhərrəm Məmmədov, Murad Əlillər Cəmiyyətinin sədri Rəsmiyyə xanım, Salyan rayon Bələdiyyəsinin üzvü Rafiq müəllim, Salyan rayonunun Həmkarlar Təşkilatının sədri Sveta xanım, Azərbaycan Əlillər Cəmiyyətinin Salyan rayon Filialının sədri Rasim İbrahimov və Qeyri-Hökumət Təşkilatının sədri Tələt Qəribov iştirak etdilər.
Tədbiri Salyan Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Məhərrəm Məmmədov açaraq iştirakçıları salamladı.
Sonra layihə rəhbəri Xədicə Mikayılova iştirakçıları salamladı və “Əlillərin məşğulluğuna dəstək“ layihəsi barədə geniş məlumat verdi.
Daha sonra Murad Əlillər Cəmiyyətinin sədri Rəsmiyyə xanım, Salyan rayon Bələdiyyəsinin üzvü Rafiq müəllim, Salyan rayonunun Həmkarlar Təşkilatının sədri Sveta xanım, Azərbaycan Əlillər Cəmiyyətinin Salyan rayon Filialının sədri Rasim İbrahimov ölkədə əlillərlə, həssas qruplarla aparılan məşğulluq proqramlarından və görülən işlərdən söz açdılar.
Qeyri-Hökumət Təşkilatının sədri Tələt Qəribov bu kimi layihələrin əhəmiyyətindən danışdı və qeyd etdi ki, belə layihələr dövlətin vətəndaşlara, xüsusi ilə əlillərə olan qayğının həm də təbliğidir.
Daha sonra layihə barədə iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Tədbirin sonunda Salyan Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Məhərrəm Məmmədov Xədicə Mikayılovaya belə bir əhəmiyyətli və maarifləndirici tədbirin məhz Salyan rayonunda keçirdiyinə görə minnətdarlığını bildirdi.
Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyinin sədriXədicə Mikayılova “Əlillərin məşğulluğuna dəstək“ layihəsinin icrasına kömək göstərdiyinə görə Salyan Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirdi.
Layihə rəhbəri eyni zamandaAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə “Əlillərin məşğulluğuna dəstək“ layihəsini maliyyələşdirdiklərinə görə təşəkkürünü bildirdi.
Tədbirin sonunda iştirakçılar çay süfrəsi arxasında müzakirələri davam etdirdilər.