"Əlillərin məşğulluğuna dəstək" layihəsi Xaçmaz rayonunda uğurla həyata keçirilib

Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Əlillərin məşğulluğuna dəstək“ adlı layihəni 16.08.2024-cü il tarixində Xaçmaz rayonunda uğurla həyata keçirmişdir. 
Layihənin məqsədi Əlillərin məşğulluğuna dəstək verməkdən ibarətdir.
Tədbirdə şəhid ailələri, qazilər, əlillər və ailə üzvləri, Xaçmaz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Tariyel Dodirov, Quba-Xaçmaz Regional Məşğulluq Filialının Xaçmaz rayon şöbəsinin böyük mütəxəssisi Toğrul Nağıyev, Xaçmaz Reabilitasiya Mərkəzinin direktoru Rövşən Muradov, Xaçmaz Rayon YAP Filialının fəalı Flora Mikayılzadə, Sosial işçi Ləman Bünyadzadə iştirak etdilər.
Tədbiri Xaçmaz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Tariyel Dodirov açaraq iştirakçıları salamladı.
Sonra layihə rəhbəri Xədicə Mikayılova iştirakçıları salamladı və Əlillərin məşğulluğuna dəstək“ layihəsi barədə geniş məlumat verdi.
Daha sonra Quba-Xaçmaz Regional Məşğulluq Filialının Xaçmaz rayon şöbəsinin böyük mütəxəssisi Toğrul Nağıyev, Xaçmaz Reabilitasiya Mərkəzinin direktoru Rövşən Muradov, Xaçmaz Rayon YAP Filialının fəalı Flora Mikayılzadə, Sosial işçi Ləman Bünyadzadə ölkədə əlillərlə, həssas qruplarla aparılan  məşğulluq proqramlarından və görülən işlərdən söz açdılar
və bu kimi layihələrin əhəmiyyətindən danışdılar. Qeyd etdilər ki, belə layihələr dövlətin vətəndaşlara, xüsusi ilə də əlillərə olan qayğısının həm də təbliğidir.
Daha sonra layihə barədə iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Tədbirin sonunda Xaçmaz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Tariyel Dodirov Xədicə Mikayılovaya belə bir əhəmiyyətli və maarifləndirici tədbirin məhz Xaçmaz rayonunda keçirdiyinə görə minnətdarlığını bildirdi.
Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyinin sədriXədicə Mikayılova “Əlillərin məşğulluğuna dəstək“ layihəsinin icrasına  kömək göstərdiyinə görə Xaçmaz Rayon İcra Hakimiyyətinə, Quba-Xaçmaz Regional Məşğulluq Filialına, Xaçmaz Reabilitasiya Mərkəzinin direktoruna, Xaçmaz Rayon YAP Filialının rəhbərliyinə minnətdarlığını bildirdi.
Layihə rəhbəri eyni zamandaAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə “Əlillərin məşğulluğuna dəstək“ layihəsini maliyyələşdirdiklərinə görə təşəkkürünü bildirdi.
Tədbirin sonunda iştirakçılar çay süfrəsi arxasında müzakirələri davam etdirdilər.