Bu gün seçicilərimizlə növbəti görüşümüzü keçirdik, onları narahat edən və maraqlandıran məsələlər ətrafında fikir mübadiləmiz oldu.
Məşğulluq, sosial təminat, hüquqi yardım, daşınmaz əmlak məzmunlu problemləri dinlədik. Dairəmizin infrastruktur çətinlikləri ilə bağlı ayrıca söhbətimiz oldu. Bu gündən etibarən rayon İcra Hakimiyyətinin dəstəyi ilə küçə və dalanlar olmaqla 14 ünvanda işıqlandırma probleminin həllinə başlanılıb. Sakinlərin müraciəti və bizim təşəbbüsümüz əsasında küçə və dalanların işıqlandırılmasında mövcud olan nasazlıqlar aradan qaldırılır, köhnə çıraqlar yeniləri ilə əvəzlənir.
Daha bir ünvan - Nərimanov prospekti 24/57-də isə təşəbbüsümüzlə sakinlərin istirahəti üçün nəzərdə tutulan ərazidə abadlıq işlərinə başlanıb. Yaxın günlərdə bu barədə ətraflı məlumat veriləcək.
Qarşıdakı günlərdə qəbul zamanı səsləndirilən digər məsələlərin də həlli istiqamətində fəaliyyət göstərəcəyik, müvafiq icra hakimiyyəti orqanlarına müraciətlərimiz olacaq.