Elnur Allahverdiyev Sloveniya səfərindən yazdı

Sloveniyaya səfərimiz çərçivəsində Nova Qoritsa şəhərində olduq. Xarici işlər nazirinin müavini Xələf Xələfov, Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfirimiz Rövşən Sadıqbəyli, millət vəkilləri - Azərbaycan – Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Ağalar Vəliyev və Rafael Hüseynovla birgə şəhər bələdiyyəsində görüşlərdə iştirak etdik.

Bundan əlavə, işçi qruplarımızın da görüşü keçirildi. Sloveniya Milli Assambleyasının dostluq qrupuna rəhbərlik edən cənab Boyan Çebela və sloveniyalı həmkarlarımızla məhsuldar müzakirələrimiz oldu.

Elnur Allahverdiyev

Milli Məclisin deputatı